ABŞ və Kanadadan gətirilən avtomobillər üçün: avtomobilin YNH, sahiblərinin sayı, servis xidməti tarixi, real yürüşünün və s. yoxlanması üçün VIN-nömrəsini daxil edin.


Vin hesabatı İAA Motors müştəriləri üçün

ABŞ-dan avtomobil alarkən, onun vəziyyəti və tarixinə əmin olmaq lazımdır. Bunu Carfax (Karfaks) xüsusi texniki hesabatının köməyi ilə etmək mümkündür. Karfaks – ABŞ və Kanada ərazisində bütün avtomobillərə dair informasiyanın əks olunduğu milli verilənlər bazasıdır.

Car Fax nədi? Car Fax nəyə lazımdır?

Karfaks – ABŞ-dan alınan avtomobilə dair ən tam informasiya məcmusudur. Hesabat çox pis vəziyyətdə olan, “qaranlıq” tarixi olan maşınları ələmək, eləcə də maşının foto əsasında qiymətləndirilməsi mümkün olmayan vəziyyətini başa düşmək üçün istifadə edilir. Bu hesabatda servisə müraciətlərdən başlayaraq, YNH və hətta polis protokollarına qədər maşına dair tamamilə bütün məlumatlar əks olunur. Hesabatda bütün məlumatlar servis stansiyaları, avtosalonlar, sığorta şirkətləri, dövlət müəssisələri, polisdən və s. daxil olur. Başqa sözlə desək, hesabat avtomobilə dair yalnız maşının VIN kodunu bilməklə əldə edilə bilən bütün mümkün informasiyanı ehtiva edir. Carfax hesabatı ödənişlidir və $4.95 təşkil edir

Xüsusi qeydlər

Branded Title: Salvage – avtomobilin YNH-də olması və texniki zədələrə malik olmasından xəbər verir. Diqqət yetirin. Hərraclar avtomobillərə müxtəlif sertifikatları (Salvage, Clean title və s.) zədələrin və avtomobilə aid hüquq müəyyənedici sənədlərin tipindən asılı olaraq verirlər. Buna görə də Branded Title-də müxtəlif göstəricilər ola bilər.
Damage Report – zədələr haqqında hesabat
Previous owners – sahiblərin sayı
At least 1 open recall – avtomobil istehsalçısına minimum bir rəy kampaniyasından xəbər verir
Types of owners – avtomobilə sahiblik tipi. Hərraca istər şəxsi istifadədə olmuş, istərsə də taksi, və s. xidmətlərdə istismar olunmuş maşınlar düşə bilər.
Last report odometer reading – Avtomobilin odometor üzrə son yürüş